
Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb
Elm & Texnologiya
17.04.2025
Emil
Eyndhoven Texnologiya Universitetinin (TU/e) alimləri 4.6 km məsafədə naqilsiz infraqırmızı rabitə kanalı quraraq bu vasitə ilə saniyədə 5.7 Tbit sürətlə məlumat ötürə biliblər. Bu, şəhər mühitində əldə olunmuş ən yüksək naqilsiz optik ötürmə sürətidir və praktiki tətbiqlər üçün böyük potensiala malikdir. Məsələn, kabel infrastrukturunun olmadığı şəraitdə mövcud şəbəkələrə 5G və 6G antenalarının naqilsiz qoşulması üçün istifadə oluna bilər. Yüksəksürətli bağlantı TU/e-nin şimaldakı kampusu ilə Eyndhovenin cənubundakı High Tech Campus (HTC) arasında qurulub. HTC vaxtilə Philips şirkəti tərəfindən inşa olunmuşdu. Yerli telekommunikasiya avadanlığı istehsalçısı olan Aircision şirkəti tərəfindən hazırlanmış qabaqcıl optik antenalar vasitəsilə sistem açıq məkanlarda optik rabitə (FSO) texnologiyasından istifadə edir.

Bu metod fokuslanmış infraqırmızı şüalar vasitəsilə məlumat ötürməyə imkan verir, nəticədə ənənəvi naqillərə və ya radiosiqnallara ehtiyac olmadan, müdaxilələrsiz ultrasürətli naqilsiz əlaqə təmin olunur. Lakin infraqırmızı hava rabitə kanalları radio kanalları və ya naqilli optik xətlərdən fərqli olaraq müdaxilələrə və xüsusilə də ətraf mühitin təsirinə qarşı daha həssasdır. Buna görə də, optik infraqırmızı rabitə məlumatların uzaq məsafələrə ötürülməsi və ya əlaqənin heç bir halda kəsilməməli olduğu hallarda məqsədəuyğun sayılmır. Beləliklə, yüksək sürətli infraqırmızı hava kanallarından yalnız bir neçə kilometr məsafədə məlumat ötürmək və digər, daha etibarlı rabitə kanalları ilə birlikdə istifadə etmək məntiqlidir.
Bundan əlavə, başa düşmək lazımdır ki, bu cür rekord ötürmə sürətinə malik rabitə kanalını yaratmaq üçün şüaların fokuslanması və məlumatların qəbul nöqtəsində işığın toplanması sisteminə malik olduqca mürəkkəb və bahalı avadanlıqlardan istifadə tələb olunur. Tədqiqatçılar öz işlərində universitetin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş elmi və test avadanlıqları kompleksindən istifadə ediblər. Kütləvi tətbiq üçün isə daha sadə və ucuz bir həll tələb olunur. Məsələn, Alphabet şirkətinin törəmə müəssisəsi olan Taara tərəfindən hazırlanmış, cəmi 13 mm hündürlüyündə kompakt infraqırmızı ötürücü və qəbuledicilər kimi.
Mənbə: Tomshardware
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
İllərlə istifadə edilməyən SSD-lərdə məlumatlar silinə bilər
Uzunmüddətli məlumat saxlama üçün adətən maqnit disklərə əsaslanan klassik sərt disklərdən istifadə olunur, çünki bu, sadəcə olaraq daha ucuz başa gəlir.

Elm & Texnologiya
SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb
SpaceX Falcon 9 daşıyıcı raketinin birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb - raket 14 aprel tarixində 27-ci dəfə uçuşa göndərilərək orbitə 21 ədəd V2 Mini internet peykini çatdırıb.

Elm & Texnologiya
2030-cu ilə qədər data mərkəzləri 2 dəfə daha çox enerji sərf edəcəklər
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2030-cu ilə qədər məlumat emalı mərkəzlərinin elektrik enerjisi istehlakı 2 dəfədən çox artaraq 945 teravat-saat təşkil edəcək ki, bu da Yaponiyanın illik enerji istehlakına bərabərdir.

Elm & Texnologiya
İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
Robototexnika sahəsində fəaliyyət göstərən Unitree Robotics şirkəti sosial şəbəkə X-də “Unitree Fist King: Awakening” adlı tədbirini elan edib. Söhbət təxminən 1 ay sonra baş tutacaq boks döyüşündən gedir, burada rinqdə iki insanabənzər robot qarşı-qarşıya gələcək.

Elm & Texnologiya
Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)
ABŞ-ın dronlara qarşı mübarizəyə həsr olunmuş Epirus şirkəti yeni yüksək enerjili mikrodalğalı silah sistemini təqdim edib. Leonidas H2O adlı bu sistem bir enerji impulsu ilə eyni anda qayıq motorlarını, pilotsuz suüstü gəmiləri və pilotsuz uçuş aparatlarını sıradan çıxara bilir.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
