
Havadan CO2-ni udan neft hasilatı gəmisi inşa edilib
Elm & Texnologiya
18.02.2025
Emil
Hesablamalara görə, neft və qaz hasilatı qlobal enerji sektorunun ümumi karbon qazı emissiyalarının 15%-ni təşkil edir. Çində bu problemi radikal şəkildə həll etməyə qərar veriblər - neft hasilatı üçün nəzərdə tutulmuş bir gəmi birbaşa hasilat zamanı ayrılan CO2-ni udan sistemlə təchiz edilib. Ekoloji baxımdan təmiz olan bu gəmi hətta öz elektrik enerjisini müstəqil şəkildə istehsal edir. Bunun üçün gəmidə quraşdırılmış qaz turbinlərinin istiliyindən istifadə edilir.
Bu gəmi FPSO (Floating Production, Storage and Offloading) - hasilat, saxlama və yükləmə üçün üzən qurğu kimi fəaliyyət göstərir. Bu tip qurğular neft və qaz yataqlarını istismar etmək üçün mobil həll kimi istifadə olunur. Karbon qazının birbaşa udulması sistemi ilə təchiz edilmiş 330 metrlik bu gəmi fevralın sonunda istifadəyə veriləcək.

Layihəni Çinin dövlət şirkəti Cosco Ocean Shipping Heavy Industry Company həyata keçirib. FPSO qurğusu gündə 120 000 barel xam neft hasil edə bilir. Bundan əlavə, 1 il ərzində 360 000 ton karbon qazını udmaq gücünə malikdir, bu isə bir neçə milyon ağacın əkilməsinə ekvivalent hesab olunur. Lakin mənbə ən maraqlı sualı cavabsız qoyur. Hasil olunan karbon qazı ilə nə ediləcək? Bu mövzuda müxtəlif təkliflər var:
- Qazlı içkilərin istehsalında istifadə etmək
- Süni yanacaq və kimyəvi sənaye üçün xammal sintez etmək
- CO2-ni yeraltı təbii rezervuarlara yığaraq onun minerallaşmasını gözləmək.
Gələcəkdə bu yanaşmalardan hansı daha effektiv olacaqsa, sənaye həmin istiqamətdə inkişaf edə bilər. FPSO gəmisinə qayıdaraq, tikinti şirkəti onun yüksək ekoloji standartlara uyğun olduğunu vurğulayır. Gəmidə ən zərərli emissiya mənbəyi hasil olunan və saxlanılan xammalın daşınmasını təmin edən turbinlərin buraxdığı qazlardır. Lakin bu qurğular təkcə buraxılan qazları udmaqla kifayətlənmir, həm də onların istiliyini gəmidə elektrik enerjisi istehsalı üçün istifadə edir. Çin 2030-cu ilə qədər CO2 emissiyalarının pik səviyyəsinə çatmağı, 2060-cı ilə qədər isə karbon neytrallığını əldə etməyi hədəfləyir. O, CO2 emissiyalarını azaltmaq üçün birbaşa udma texnologiyasına üstünlük verən yeganə ölkə deyil.
Mənbə: South China Morning Post
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Atmosferdən CO2-ni yığaraq yanacaq istehsal edən reaktor prototipi hazırlanıb
Böyük Britaniyanın Kembric Universitetinin alimləri atmosferdən karbon qazını tutaraq günəş enerjisi vasitəsilə sintetik yanacaq istehsal edən qurğu hazırlayıblar. İdeal halda, belə bir sistem uzaq bölgələrdə yaşayan insanlar üçün faydalı ola bilər.

Elm & Texnologiya
Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
Meta süni zəka əsasında insanabənzər robotlar hazırlamaq üçün yeni şöbəsini yaradır. Bu robotlar insanlara fiziki tapşırıqları yerinə yetirməkdə kömək edə biləcək.

Elm & Texnologiya
DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
Son aylarda DeepSeek öz inkişafında əhəmiyyətli bir sıçrayış edib və ikincidərəcəli layihə statusundan çıxaraq, öz qabaqcıl böyük dil modellərini (Large Language Model / LLM) modellərini təqdim etməklə qlobal süni zəka sənayesində ciddi rəqib ola biləcək bir şirkətə çevrilib.

Elm & Texnologiya
Çin dərin su tədqiqat mərkəzini inşa edəcək
Çində strateji cəhətdən vacib olan Cənubi Çin dənizində dərin su tədqiqat mərkəzinin tikintisi təsdiqlənib. Bu layihə "okeanın dibindəki kosmik stansiya" ilə müqayisə olunur.

Elm & Texnologiya
Yer kürəsinin orbitində böyük konstruksiyaların inşasına start veriləcək
dətən, kosmik konstruksiyalar Yer kürəsində yığılır və sonra orbitə göndərilir. Lakin 2022-ci ildə işə salınmış NOM4D proqramı yeni yanaşma təklif edir - yüngül konstruksiyaların birbaşa kosmosda yığılması.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
