Havadan rekord miqdarda CO2 qazı uda bilən toz hazırlanıb
Elm & Texnologiya
28.10.2024
Emil Nəcəfov
Günümüzdə atmosferdən CO2 qazının hansısa ciddi miqdarda yığılması prosesi olduqca baha başa gələn bir prosesdir. Bununla belə prosesin effektivliyi də sual altında qalır. Qeyd etmək lazımdır ki, CO2 qazı atmosferdə parnik effektinin əsas katalizatorudur. Qlobal istiləşmə və iqlim dəyişikliyinin əsas ciddi səbəblərindən biri də budur. ABŞ-dan olan alimlər isə CO2 qazını rekord səviyyədə uda bilən toz hazırlayaraq atmosferdən bu qazın yığılma prosesini optimallaşdırıblar.
Hazırlanmış tozun kommersiya məqsədli istifadəsinə bir neçə ildən sonra start verilə bilər. Berkli Universitetinin alimləri bu toz üzərində 30 il ərzində çalışıblar. Onlar məsaməli struktura sahib kovalent orqanik karkas adlı birləşmələri incələyiblər. Bu birləşmələr məsaməli strukturlar hesabına daha böyük udma sahəsinə sahibdirlər. CO2 molekullarının udulması zamanı aktiv olan amin əlaqələri əsasında hazırlanmış struktur daha öncəkilərindən uğurlu olub. Nəticədə COF-999 adlı tozun 200 qramı havadan 20 kq həcmində CO2-ni yığa bilir.
Günümüzdə heç bir material buna malik deyil. Müqayisə üçün qeyd etmək lazımdır ki, orta statistik ağac 20 kq həcmində CO2-ni 1 il ərzində udur. Müətəxəssislər bildiriblər ki, COF-999 materialı otaq temperaturunda toz şəklində çalışır. Bu isə ondan istifadə prosesini sadələşdirir. Tozun 60 dərəcə Selsi temperatura kimi qızdırılması halında onun udmuş olduğu CO2 qazı yenidən havaya ifraz edilir. Lakin hətta bundan sonra da toz qazı təkrar udmağa davam edir. Bu prosesi 100 dəfə təkrarlamaq mümkündür. Yenidən ifraz edilmiş qazı istehsalatda istifadə etmək olar. Alimlər bildiriblər ki, COF-999 digər analoqlarla müqayisədə CO2-ni havadan 10 dəfə daha sürətli udur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa, ilk quru əsaslı karbon tutma və saxlama qurğusunu tikir!
Avropa, ilk quru əsaslı karbon tutma və saxlama qurğusunu tikir!
Avropa Birliyinin ilk quru əsaslı karbon dioksidi (CO2) tutma və saxlama qurğusu üçün düyməyə basılıb. Layihə çərçivəsində planlaşdırılan obyektin Fransada qurulacağı açıqlanıb.
NASA, karbon qazının necə yayıldığını simulyasiya edən video paylaşıb!
NASA, karbon qazının necə yayıldığını simulyasiya edən video paylaşıb!
NASA, Yerdən atılan və atmosferdə fırlanan çoxlu miqdarda karbon qazını göstərən yeni animasiya yayımlayıb. Video, CO2-nin külək və atmosfer sirkulyasiyası ilə necə hərəkət etdiyini göstərir.
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
İslandiyada Mammoth adlı zavod istifadəyə verilib. Bu, havadakı CO2 qazının filtrasiyası üçün nəzərdə tutulmuş ən böyük sənaye zavodudur.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!