Heç gözlənilmədən OnePlus şirkəti ağıllı televizor üzərində çalışdığını elan etdi
Elm & Texnologiya
17.09.2018
Farid Pardashunas
OnePlus şirkətinin CEO-su Pete Lau şirkətin rəsmi forumunda
qeyd edib ki, OnePlus hal hazırda yeni məhsul üzərində çalışır. Lau-nun sözlərinə
əsasən söhbət, flaqman özəlliklərə sahib ağıllı televizordan gedir. Şirkətin
hazırladığı ağıllı televizorun adı OnePlus TV-dir. Lakin bu hələ məhsulun final
adı deyil. Ola bilər ki, təqdimat zamanı onun adı başqa cür olsun. Bundan əlavə
olaraq şirkət televizora ad seçimini həmçinin istifadəçilərə də təqdim edib.
Beləliklə ən kreativ adı təqdim etmiş istifadəçiyə OnePlus şirkəti sözügedən
televizoru hədiyyə edəcək. Hələki OnePlus TV-nin texniki göstəriciləri barəsində
heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, OnePlus TV Android
TV əməliyyat sistemi vasitəsilə çalışacaq və ağıllı ev cihazları ilə birlikdə
qarşılıqlı əlaqədə olacaq. Əgər OnePlus şirkəti televizora yüksək qiymət göstəricisi
təyin etməsə və hər şeyi lazımi keyfiyyətdə reallaşdırsa OnePlus TV tam şəkildə
Xiaomi televizorları ilə rəqabət apara biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ