Heç gözlənilmədən OnePlus şirkəti ağıllı televizor üzərində çalışdığını elan etdi

Heç gözlənilmədən OnePlus şirkəti ağıllı televizor üzərində çalışdığını elan etdi

Texnologiya
17.09.2018 PAYLAŞIM

    OnePlus şirkətinin CEO-su Pete Lau şirkətin rəsmi forumunda qeyd edib ki, OnePlus hal hazırda yeni məhsul üzərində çalışır. Lau-nun sözlərinə əsasən söhbət, flaqman özəlliklərə sahib ağıllı televizordan gedir. Şirkətin hazırladığı ağıllı televizorun adı OnePlus TV-dir. Lakin bu hələ məhsulun final adı deyil. Ola bilər ki, təqdimat zamanı onun adı başqa cür olsun. Bundan əlavə olaraq şirkət televizora ad seçimini həmçinin istifadəçilərə də təqdim edib. Beləliklə ən kreativ adı təqdim etmiş istifadəçiyə OnePlus şirkəti sözügedən televizoru hədiyyə edəcək. Hələki OnePlus TV-nin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, OnePlus TV Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq və ağıllı ev cihazları ilə birlikdə qarşılıqlı əlaqədə olacaq. Əgər OnePlus şirkəti televizora yüksək qiymət göstəricisi təyin etməsə və hər şeyi lazımi keyfiyyətdə reallaşdırsa OnePlus TV tam şəkildə Xiaomi televizorları ilə rəqabət apara biləcək.


Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×