
Hələ anons olunmamış BlackBerry Key2-nun ilk videosu təqdim olundu
Elm & Texnologiya
25.05.2018
Emil
Bu ayın əvvəlində anons olunmamış
BlackBerry Key2 smartfonu Bluetooth və Wi-Fi sertifikatlaşdırmadan keçmişdi.
İndi isə şirkət sözügedən modelin tizer videosunu paylaşıb. Həmin videoda
smartfon ikili arxa kameraya və qəribə düyməyə sahibdir. Təqdim olunmuş
videodan da görmək olar ki, smartfonun arxa paneli üfüqi şəkildə yerləşdirilmiş
ikili kameraya sahibdir. Ön paneldə isə sensorlu ekran və QWERTY klaviatura
yerləşib. Smartfonun ən aşağı hissəsində təyinatı bilinməyən düymə var.
Videoda
həmin düyməyə xüsusi diqqət ayrılıb. Bu isə o deməkdir ki, həmin düymə
smartfonda hansısa vacib funksiyanı işə salır. Güman olunur ki, BlackBerry Key2
1620x1080 piksel keyfiyyətli 4.5 inç ekran, Snapdragon 660 prosessoru, 6 GB
RAM, 64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və
3360 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 8.0 Oreo
əməliyyat sistemi vasitəsilə çalışacaq. BlackBerry Key2 modelinin təqdimatı 7
İyun tarixinə planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
