Hemoqlobin ilə işləyən "qan batareyası" yaradıldı!
Elm & Texnologiya
06.02.2024
Farid Pardashunas
İspaniyada aparılan bir araşdırmada Córdoba universitetinin alimləri qırmızı qan hüceyrələrinin əsas komponenti olan hemoqlobini batareyaya daxil edərək 20-30 gün işləyən prototib hazırlayıb.
Oksigenin azaldılması reaksiyası adlanan kimyəvi reaksiya ilə işləyən batareyalar kompüterlərdən tutmuş elektrikli nəqliyyat vasitələrinə qədər hər şeyi gücləndirə bilər. Batareyaya hava çəkildikdə, oksigen katodda suya çevrilir və anodda isə sinki oksidləşdirən elektrodlar buraxılır.
Bu reaksiyanı davam etdirmək üçün çox spesifik xüsusiyyətlərə malik katalizator lazım olduğundan tədqiqatçılar hemoqlobinin yaxşı bir seçim olduğuna qərar veriblər. Manuel Cano Luna-nın açıqlamasına görə, oksigenin azaldılması reaksiyasında katalizatorun iki xüsusiyyətə malik olması şərtdir. Bu xüsusiyyətlərdən birincisi oksigen molekullarını sürətli şəkildə udması digəri isə, nisbətən asanlıqla su molekullarını əmələ gətirməsidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb