main-post-cover

    'Hey Celia': Huawei özünün səsli köməkçisini istifadəyə verib

    Elm & Texnologiya
    26.03.2020
    Farid Pardashunas
        Huawei şirkəti ABŞ hökuməti tərəfindən sanksiyalar ilə qarşılaşdıqdan sonra özünün səsli köməkçisinə ehtiyac duymağa başladı. Belə ki, Google servislərinin Huawei smartfonlarında olmamalarına görə həmin smartfonlarda Google Assistant səsli köməkçisi də yoxdur. Lakin şirkət bu vəziyyəti dünən dəyişdi. Belə ki, dünənki təqdimat zamanı Huawei özünün Celia adlı səsli köməkçisini də istifadəyə verdi. Celia səsli köməkçisi “Hey Celia” əmri ilə düşür. Hal hazırki mərhələdə bu səsli köməkçi geniş funksionallığa sahib deyil.
        O, Siri-nin ilk vaxtlarında olduğu kimi hava proqnozu sorğularına cavab verə, kontaktlardakı nömrələri yığa, mesajlar göndərə, təqvimdə istifadəçi üçün lazımi günü təyin edə, musiqini işə sala və tərcüməçi kimi çıxış edə bilər. Bundan əlavə olaraq Celia smartfon kamerası ilə qarşılıqlı əlaqədə olaraq kadrda olan qida məhsulunu təyin edə və onun kalori miqdarını ölçə bilər. Celia səsli köməkçisi ilk növbədə Google servislərinə ehtiyac duyan avropalı istifadəçilər üçün nəzərdə tutulub. Hələ ki, Celia ingilis, fransız və ispan dillərini anlaya bilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər