Logo
    main-post-cover

    Hillary Clinton: 'Elon Musk bizləri süni zəka barəsində xəbərdarlıq edir, biz isə ona qulaq asmırıq'

    Elm & Texnologiya
    25.11.2017
    Emil
    ABŞ prezidentliyinə keçmiş namizəd Hillary Clinton süni zəkanı ciddi müzakirələri tələb edən əsas problem hesab edir.
    Onun fikrincə rəqəmsal nəzarət və əməyin avtomatlaşdırılması ABŞ-a daha çox təsir göstərəcək. Lakin ABŞ yeni dövrün gəlişinə hələki hazır deyil. ABŞ süni zəka inkişafının iqtisadi və sosial nəticələrinə hazır deyil. Bu barədə o öz müsahibəsində bildirib.
    “Dünya tam sürətlə süni zəka dövrünə doğru irəliləyir. Yeni texnologiyalar bizim necə yaşamağımıza, düşüncə tərzimizə və bizim bir-birimiz ilə qarşılıqlı əlaqəmizə təsir göstərəcək” – deyə Clinton bildirib.
    ABŞ Demokratik Partiyasının təmsilçisi həyəcan siqnalı çalan insanların sözlərinə qulaq asmağı məsləhət görüb. Clinton süni zəka riskləri barəsində xəbərdarlıq edən Elon Musk, Stephen Hawking və Bill Gates kimi insanları misal gətirib. Məsələn astrofizik Stephen Hawking düşünür ki, süni zəka insanlığın tarixində vacib rol oynayacaq və nəticədə o ya insanlıq üçün yaxşı, yada pis hadisə olacaq. Elon Musk isə hərbi robotlar və idarəsiz süni zəkaya qarşı çıxır və idarə olunmayan alqoritmlərin Üçüncü Dünya Müharibəsinə səbəb olacağından sözün əsl mənasında qorxur.
    Lakin Hillary Clinton-un fikrincə insanlar üçün əsas təhlükəni məhz total rəqəmsal nəzarət və əməyin avtomatlaşdırılması daşıyır. Qeyd etmək lazımdır ki, iş yazışmaları üçün ayrıca server istifadəsi mövzusunda Hillary Clinton qalmaqal ilə üzləşmişdi. “Bizim danışdığımız, yazdığımız və bildiyimiz hər şey hardasa digər bir yerdə qeyd olunur” – deyə o bildirib. Əməyin avtomatlaşdırılması məsələsi də siyasətçini çox narahat edir.
    “Pilotsuz nəqliyyat növləri yaxşı ideyadır. Lakin yük maşını sürücüləri, kuryer və taksi sürücülərinin olduqları milyonlarla insanlar nə edəcəklər? Biz tamamilə buna hazır deyilik” – deyə Clinton qeyd edib.
    Onun fikrincə hər halda ölkənin texnoloji tarixini radikal şəkildə dəyişmək artıq mümkün deyil. Bundan əlavə olaraq o qeyd edib ki, əgər keçən ilki prezident seçkilərində o qalib gəlsəydi, onda o, gələcək üçün planın tərtib olunmasında süni zəka üzrə müstəqil mütəxəssis qrupu yaradardı.
    Paylaş
    Bənzər xəbərlər