
Hindistan kosmosa ilk idarə olunan uçuşlara hazırlaşır
Elm & Texnologiya
03.02.2025
Emil
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) Banqalor şəhərindəki mərkəzində "Gaganyaan" missiyası üçün ekipaj modulunun yığılması uğurla başa çatıb. Kapsul uçuş zamanı onun mövqeyini və trayektoriyasını idarə etməyə imkan verən hərəkətə nəzarət sistemi ilə təchiz edilib. Yığım prosesi tamamlandıqdan sonra kapsul Banqalordan Trivandram şəhərindəki Vikram Sarabhai Kosmik Mərkəzinə göndəriləcək. Orada ona rabitə, naviqasiya və enerji təchizatı sistemləri quraşdırılacaq. Daha sonra aparat Şriharikota adasındakı Satish Dhavan kosmodromuna çatdırılacaq və orbital modul ilə birləşdiriləcək.

Sınaqlar çərçivəsində ISRO ən azı dörd pilotsuz test missiyası keçirməyi planlaşdırır. Birinci sınaq – G1, kapsulun sistemlərinin işləkliyini, atmosferə giriş prosesini və Benqal körfəzində suya enişini yoxlamağa yönələcək. Missiya zamanı kapsulda Viomitri adlı insanabənzər robot olacaq, hansı ki, sanskrit dilində "kosmik dost" mənasını verir. Əgər "Gaganyaan" proqramı uğurla həyata keçirilərsə, Hindistan ABŞ, Rusiya və Çinə qoşularaq müstəqil pilotlu kosmik uçuşlar həyata keçirən ölkələr sırasına daxil olacaq. Bu nailiyyətlər Hindistanın iddialı kosmik proqramının bir hissəsidir və bu planlara 2035-ci ilə qədər orbital stansiya qurmaq və 2040-cı ilə qədər astronavtları Aya göndərmək daxildir.

Mənbə: ISRO
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
