Hindistan kriptovalyuta istifadəsinə qadağa qoyacaq

Hindistan kriptovalyuta istifadəsinə qadağa qoyacaq

Texnologiya
02.02.2018 PAYLAŞIM

Hindistan hökuməti ödəmə sistemində kriptovalyuta istifadəsini tamamilə qadağan etmək niyyətindədir.

    Bu barədə Reuters saytı xəbər verib. Qadağa barəsində məlumatı isə parlament qarşısında çıxışı zamanı ölkənin maliyyə naziri Arun Jaitley bildirib. Bu qərar Hindistan hökumətinin son 17 ay ərzində hindistanlılar tərəfindən 3.5 milyard dollar həcmində kriptovalyuta tranzaksiyası reallaşdırdıqlarını aşkar etdikdən sonra verilib. Maliyyə naziri Arun Jaitley bildirib ki, ölkə hökuməti kriptovalyutaları qanuni ödəmə üsulu kimi qəbul etmir.

    "Hökümət kriptoaktivlərin qanuni olmayan fəaliyyətlərdə və ödəmələrin aparılmasında istifadəsinin qarşısını almaq üçün bütün üsullardan istifadə edəcək” – deyə maliyyə naziri bildirib. Parlament qarşısında çıxışı zamanı maliyyə naziri həmçinin qeyd edib ki, hökumət blockchain texnologiyasından imtina etmək niyyətində deyil. “Blockchain bizə rəqəmsal iqtisadiyyata sürətli keçid etməyə imkan verəcək” – deyə o qeyd edib. Dekabr ayında Hindistanın vergi xidməti kriptobirjalarda qanunsuz tranzaksiyalar üzrə istintaqa başlamışdı.


    Nəticədə məlum oldu ki, son 17 ay ərzində kriptovalyutalar ilə edilmiş tranzaksiyaların ümumi həcmi 3.5 milyard dollara çatmışdı. Ölkədə kriptovalyutaların aylıq dövriyyəsi 315 milyon dolları keçir və hər ay kriptoticarətdə iştirak edənlərin sayı 200.000 insan artır. Vergi xidməti kriptoinvestorlara məktub göndərib. Həmin məktubda vergi xidməti onlardan öz vəsaitləri, gəlir mənbələri barədə məlumatların verilməsini və əldə olunmuş gəlirlər üzrə vergilərin ödənilməsini tələb edib. Mütəxəssislər isə əmindirlər ki, Hindistanda qəbul olunmuş bu qərar onsuz da son vaxtlar qiymətləri düşən kriptovalyutalara daha da təsir edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..


Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Texnologiya həyatımızın böyük bir hissəsində özünəməxsus bir yer tutur. Bu səbəbdən saatlarla telefo..


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..

×