
HMD Global daha bir köhnə Nokia modelini geri qaytarmağa hazırlaşır
Elm & Texnologiya
02.04.2018
Emil
Android Authority saytının
jurnalistləri öyrəniblər ki, HMD Global şirkəti Nokia brendinin daha bir məşhur
modelini geri qaytarmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkət bir neçə
müddət bundan öncə Nokia 3310-un yenilənmiş versiyasını və Nokia 8110-u təqdim
etmişdi. Məlumata əsasən HMD Global şirkəti bu dəfə 1994-cü ildə satışa çıxmış
Nokia 2010 modelini geri qaytaracaq. Onun satışa çıxışı isə telefonun 25
illiyinə həsr olunacaq. Bundan əlavə olaraq məlum olub ki, yeni versiyanın adı
Nokia A10 olacaq və qara, qırmızı, sarı rənglərdə satışa çıxacaq. Məlum olan
odur ki, yenilənmiş Nokia 2010 Nokia 3310 (2017) və Nokia 8110 (2018) mdoellərinin
çalışdıqları əməliyyat sistemi vasitəsilə çalışacaq və hətta WhatsApp-ı da dəstəkləyəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
