
'HMD Global' şirkəti büdcəli Nokia Asha seriyasını yenidən dirildir
Elm & Texnologiya
11.01.2018
Emil
Keçən il “HMD Global” şirkəti Nokia brendini uğurlu şəkildə smartfonlar bazarına geri qaytarmışdı.
Görünür, şirkət yaxın zamanda
yenidən Asha seriyalı smartfonları satışa çıxardacaq. Belə ki, Asha ticarət
nişanı Avropa Birliyinin intellektual mülkiyyəti departamentində qeydiyyatdan
keçirdilib. Bir neçə il bundan öncə “Microsoft” şirkəti Nokia brendini alanda həmçinin
Asha ticarət nişanını da əldə etmişdi. Asha brendi altında baha olmayan
funksional mobil telefonlar satışa çıxarılırdı. İndi isə görünür ki, “HMD
Global” şirkəti bu cür smartfonların istehsal olunmasında maraqlıdır. Qeyd etmək
lazımdır ki, Asha seriyası inkişafda olan ölkələrdə çox məşhur idi. Bununla belə
vaxtı ikən “Microsoft” həmin seriyaya son qoymuşdu. Belə ki, o, ucuz Lumia
modelləri ilə rəqabət aparırdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
