main-post-cover

    HoloLens 2 eynəyinin təqdimatı? Microsoft şirkəti MWC 2019 sərgisində iştirak edəcək

    Elm & Texnologiya
    17.01.2019
    Farid Pardashunas
        Microsoft şirkəti gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində özünün konfransını keçirdəcək. Bu səbəbdən şirkət jurnalistlərə dəvətnamələr göndərib. Bu barədə The Verge saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu bir qədər gözlənilməz xəbər oldu. Belə ki, smartfon istehsalından imtina edərək Windows Mobile əməliyyat sisteminə son qoymaqla şirkət son illərdə MWC-də böyük təqdimatlar keçirtmirdi.

        Şirkətin konfransında iştirak edəcək spikerlər siyahsında şirkətin CEO-su Satya Nadella, şirkətin korporativ vitse-prezidenti Julia White və şirkətin HoloLens layihəsinin rəhbəri Alex Kipman var. Məhz Alex Kipman-ın bu siyahıda olması, konfransda HoloLens 2 eynəklərinin təqdimatı fikrini yaradır.
        Bir sıra məlumatlara əsasən HoloLens 2 eynəkləri Kinect texnologiyasının təkmilləşdirilmiş sensoru, süni zəka çipi və Qualcomm şirkətinin Snapdragon 850 adlı ARM prosessoru ilə təchiz olunacaq. HoloLens 2-nin ekranları barəsində heç bir məlumat yoxdur. Şirkətin MWC 2019 çərçivəsində konfransı 24 fevral tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər