Honor 30 Pro və 30 Pro+ flaqman smartfonları təqdim olundular - QİYMƏTİ

Honor 30 Pro və 30 Pro+ flaqman smartfonları təqdim olundular - QİYMƏTİ

Texnologiya
15.04.2020 PAYLAŞIM

    Huawei şikətinin Honor brendi Honor 30 Pro Honor 30 Pro+ flaqman smartfon modellərini təqdim etdi. Hər iki smartfon həm xarici görünüşcə həm də texniki özəlliklər üzrə eynidirlər. Onların arasındakı yeganə fərq arxa kameralar ilə bağlıdır. Beləliklə Honor 30 Pro və 30 Pro+ modelləri kənarları əyilmiş ekran dizaynını əldə ediblər. Smartfonlar 2400x1080 piksel keyfiyyətli 6.57 düym AMOLED ekrana sahibdirlər. Honor 30 Pro+ modelinin ekranı isə 90 Hz tezlikli təsvir yenilənməsi özəlliyini özündə birləşdirir.

Bənzər xəbər


    Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Bununla yanaşı smartfonların ekranlarının yuxarı sol hissələrində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib. Hər iki Honor 30 Pro modeli Kirin 990 5G prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 32 MP + 8 MP ikili ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 30 Pro+ modeli həmçinin 27 vatt gücündə olan sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir və 12 GB RAM ilə təchiz olunan versiyaya sahibdir.

    Arxa kamera göstəricilərinə gədikdə isə Honor 30 Pro modeli 40 MP (Sony IMX600) + 16 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 5 MP (f/3.4 diafraqmalı teleobyektiv, OIS) üçlü arxa kamera, Honor 30 Pro+ modeli isə 50 MP (f/1.9 diafraqmalı Sony IMX700) + 16 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 8 MP (f/3.4 diafraqmalı teleobyektiv, OIS) üçlü arxa kamera ilə təchiz olunub. Honor 30 Pro+ modeli həmçinin 5 qat optik zoom, 10 qat hibrid zoom və 50 qat rəqəmsal zoom özəlliklərini dəstəkləyir. Smartfonlar 21 aprel tarixində satışa çıxacaqlar. Onların qiymətləri isə aşğıdakı kimidir.

- 128 GB daxili yaddaşa sahib Honor 30 Pro - 566$

- 256 GB daxili yaddaşa sahib Honor 30 Pro - 622$

- 128 GB daxili yaddaşa sahib Honor 30 Pro+ - 707$

- 12 GB RAM və 256 GB daxili yaddaşa sahib Honor 30 Pro+ - 778$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×