Honor 30S və Honor Play 9A smartfonları təqdim olundular - QİYMƏTİ

Honor 30S və Honor Play 9A smartfonları təqdim olundular - QİYMƏTİ

Texnologiya
30.03.2020 PAYLAŞIM

    Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor Çində Honor 30S smartfon modelini təqdim etdi. Sözügedən smartfon minimal çərçivələrə sahib ekranı, 5G şəbəkə dəstəkli yeni Kirin prosessoru və 64 MP-lik arxa kameranı əldə edib. Beləliklə Honor 30S smartfon modeli 2400x1080 piksel keyfiyyətli 6.5 düym IPS ekrana sahibdir. Ekran həmçinin HDR10 texnologiyasını dəstəkləyir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.


    Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə, Honor 30S modeli Kirin 820 5G prsessoru, Mali-G57 qrafik sürətləndirici (Kirin GamingGPU Turbo texnologiyalarının dəstəyi ilə), 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.4 diafraqmalı genişbucaqlı kamera sensoru) + 8 MP (f/2.4 diafraqma, 3 qat optik zoom) + 2 MP (f/2.4 diafraqma) dördlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqma) ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Honor 30S həmçinin USB Type-C girişini və 3.5 mm-lik audiogirişi özündə birləşdirir. Smartfon həm də IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Honor 30S smartfonu Magic UI 3.1.1 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Honor 30S 7 aprel tarixində satışa çıxacaq. 128 GB daxili yaddaşa sahib model 338$-a, 256 GB daxili yaddaşa sahib model isə 380$-a satılacaq.

    Honor 30S smartfonu ilə yanaşı Honor brendi daha büdcəli smartfon modeli olan Play 9A-nı da təqdim etdi. Bu smartfon nazik çərçivələrə sahib ekran, ikili arxa kamera və yüksək həcmli batareya əldə edib. Beləliklə Honor Play 9A modeli 1600x720 piksel keyfiyyətli 6.3 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.

    Əsas texniki özəlliklərə gəldikdə. Honor Play 9A modeli 8 nüvəli MediaTek Helio P35 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 13 MP (f/1.8 diafraqma) + 2 MP (f/2.4 diafraqma) ikili arxa kamera, 8 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya təchiz olunub

     Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Bununla yanaşı Honor Pay 9A smartfonu microUSB girişinə və 3.5 mm-lik audiogirişə sahibdir. Smartfon Magic UI interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Honor Play 9A 7 aprel tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 127$-a, 128 GB daxili yaddaşa sahib model isə 169$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×