main-post-cover

    Honor brendi Apple şirkətini trolladı

    Elm & Texnologiya
    14.09.2019
    Farid Pardashunas
        Ənənəvi olaraq yeni iPhone modellərinin təqdimatlarından sonra internetdə onların dizaynları mövzusunda çoxlu sayda memlər ortaya çıxmağa başladı. Hətta Apple şirkətinin rəqibləri də bu trenddən geri qalmadılar. Buna misal olaraq Huawei şirkətinin Honor brendini gətirmək olar. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Honor brendinin Hindistan üzrə olan şöbəsi öz Twitter hesabında maraqlı bir foto paylaşıb.
        Həmin fotoda isə iki həkim və onların başları üzərində 3 lampadan ibarət olan işıqlandıra sistemi əks olunub. Həmin lampalar isə dəhşətli dərəcədə yeni iPhone 11 ProiPhone 11 Pro Max modellərinin arxa kamera modullarına bənzəyirlər. Fotonun özündə isə “Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır” yazısı var. Bu üsulla Honor brendi yeni iPhone modellərinin üçlü kamera modullarından əlavə olaraq həmçinin onların qiymət göstəricilərini də gülüş mərkəzinə çevirib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər