main-post-cover

    Honor smartfonlarda mobil şəbəkə siqnalını gücləndirən C1 adlı çipini təqdim edib

    Elm & Texnologiya
    09.03.2023
    Farid Pardashunas
        Hələ keçən həftə Honor şirkəti mobil cihazlar üçün nəzərdə tutulmuş C1 adlı çipinin təqdimatını anons etmişdi. Sözügedən çip liftdə, zirzəmidə, meşədə və s. kimi yerlərdə mobil şəbəkə siqnalının gücləndirilməsi üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bu çip şirkət tərəfindən təqdim edilmiş Honor Magic 5 smartfon seriyasının modellərində artıq istifadə edilir. İndi isə Honor C1 çipinin rəsmi təqdimatını keçirdib. Təqdimat çərçivəsində şirkət Honor Magic 5 Pro-nun mobil şəbəkəyə qoşulma sürətini iPhone 14 Pro MaxHuawei Mate 40 Pro-nun mobil şəbəkəyə qoşulma sürətləri ilə müqayisə edib.
        Honor bildirib ki, C1 çipi smartfonların şəbəkə antenlərinin gücünü 17% yüksəltmək imkanına sahibdir. Bununla belə sözügedən çip sayəsində şəbəkə anteninin siqnalı qəbul etmə həssaslığı 35%, Wi-Fi üzərindən qoşulma sürəti isə 200% yüksəlir. Bununla belə siqnal gecikməsi 90% aşağı düşür. C1-in bütün performansını sərgiləmək üçün Honor özünün Magic 5 Pro smartfonunu və iPhone 14 Pro Max ilə Huawei Mate 40 Pro-nu seçib. Müqayisə zamanı şirkətin nəyə görə Huawei Mate 40 Pro-nu seçməsində əsas səbəb ondan ibarətdir ki, Huawei şirkətinin ondan sonrakı smartfonları 5G dəstəyinə sahib deyillər.
        Beləliklə zəif 5G siqnal çərçivəsində sürət testi zamanı məlum olub ki, Honor Magic 5 Pro digər iki smartfonu bir xeyli geridə qoyub. Belə ki, Honor Magic 5 Pro zəif 5G siqnalının qəbulu çərçivəsində saniyədə 275 Mbit sürət sərgiləyib. Eyni testdə Huawei Mate 40 Pro smartfonu saniyədə 180 Mbit, iPhone 14 Pro Max isə saniyədə 10.1 Mbit sürət sərgiləyib. Honor C1 çipinin hansı prinsip üzrə çalışdığı barəsində ətraflı məlumat verməyib. Lakin məlumdur ki, bu çip bir neçə şəbəkə anteni vasitəsilə çalışma sayəsində siqnal şəbəkə siqnalı qəbulunu sürətləndirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər