main-post-cover

    Honor V20 adlı flaqman smartfonu təqdim edildi

    26.12.2018
    Farid Pardashunas
        Honor şirkəti özünün yeni flaqman smartfon modeli olan Honor V20-ni təqdim etdi. Yeni smartfon artıq trend halına gələn yeni ekran dizaynından (ekran üzərində ön kamera üçün kiçik dairəvi hissə) əlavə olaraq maye soyuducu sistemli flaqman prosessor, 48 MP-lik ikili arxa kamera və qradient rənglərə sahib gövdə ilə təchiz olunub. Smartfon 19:9 nisbətli 2310x1080 piksel keyfiyyətli 6.4 düym ekrana sahibdir. Ekranın üzərində kamera üçün olan 4.5 mm ölçülü dairəvi hissə isə yuxarı sol tərəfdə yerləşir. Smartfon arxa paneli şüşədən hazırlanıb və orda barmaq izi skanı yerləşir.

        Smartfonun əsas texniki göstəricilərinə gəldikdə isə Honor V20 8 nüvəli Kirin 980 prosessoru (neyron hesablamaları üçün iki blok dəstəkli), Mali-G76 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş, sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və The Nine adlı soyuducu sistem ilə təchiz olunub. Smartfonun foto və videoçəkiliş özəlliklərindən isə 48 MP (f/1.8 diafraqmalı Sony IMX586) + 3D TOF ikili arxa kamera və 25 MP-lik ön kamera cavabdehdir.

        Pis işıqlandırılmış mühitdə istifadəçi 48MP AI HDR adlı xüsusi gecə rejimindən istifadə edə bilər. 3D TOF sensoru isə kadrda olan obyektlər arasındakı məsafəni təyin edərək AR tətbiqlər üçün onların dəqiq 3D modellərini yarada bilir. Bundan əlavə olaraq arxa kamera saniyədə 960 kadr sürətlə slo-mo videoların çəkilişini də dəstəkləyir. Həm arxa həmdə ön kamera süni zəka funksiyalarını dəstəkləyir. Honor V20 Magic UI 2.0.1 interfeysli Andorid 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır.
        Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olan versiya 435$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib olan versiya 507$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib olan versiya isə 579$-a satılacaq. Honor V20 22 yanvar tarixində Çin bazarında satışa çıxacaq. Smartfonun qlobal versiyası olacaq Honor View 20-nin təqdimatı da elə həmin tarixdə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər