main-post-cover

    Honor V30 flaqman smartfon seriyasının təqdimat tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    22.10.2019
    Farid Pardashunas
        Honor brendinin rəhbəri Zhao Ming, Çində keçirilmiş World Internet Conference tədbiri çərçivəsində Honor brendinin ilk 5G dəstəkli smartfonunun nə zaman təqdim olunacağı barəsində məlumat verib. Söhbət, Honor V30 Pro 5G modelindən gedir. Bu barədə Huaweicentral saytı xəbər verib. Zhao Ming-in sözlərinə əsasən V30 Pro 5G modeli adi V30 ilə birlikdə gələn ay təqdim olunacaq. Dəqiq təqdimat tarixi isə yaxın günlərdə bildiriləcək. Son məlumat sızıntılarına əsasən adi V30 modeli LCD ekrana sahib olacaq və onun üzərində çıxıntı hissə olacaq.
        Bununla yanaşı smartfon Kirin 990 prossessoru, 60 MP-lik arxa kamera və 22.5 vatt gücündə olan sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. V30 Pro 5G modelinə gəldikdə isə o, 5G şəbəkə dəstəkli Kirin 990 prosessoru, OLED ekran, 40 vatt gücündə olan sürətli enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareya (15 vatt gücündə olan naqilsiz sürətli şarj texnologiya dəstəkli), ikili ön kamera və dördlü arxa kamera ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər