
Honor Watch 4 Pro smart saatı təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
12.10.2023
Emil
Honor şirkəti qatlana bilən Honor Magic Vs 2 smartfonu ilə yanaşı həmçinin Honor Watch 4 Pro adlı yeni smart saatını da təqdim edib. Şirkətin bu yeni smart saatının əsas fərqləndirici özəlliyi ondadır ki, o, eSIM dəstəyinə sahibdir. Buna görə də Honor Watch 4 Pro smartfondan asılı olmayaraq müstəqil şəkildə çalışa bilir. Smart saat 464x464 piksel keyfiyyətli 1.5 düym AMOLED ekranla təchiz olunub. Honor Watch 4 Pro-nun gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Bununla yanaşı smart saat özündə GPS və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

Smart saat 64 MB RAM-a, 4 GB daxili yaddaş həcminə və 480 mAh enerji tutumlu batareyaya sahibdir. Üstəlik smart saat 4.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor Watch 4 Pro adi rejimdə 14 gün ərzində, eSIM aktiv olduğu rejimdə isə 10 gün ərzində çalışa bilir. Smart saat müxtəlif idman rejimlərini dəstəkləyir və qandakı oksigen miqdarını, ürək döyüntülərinin tezliklərini ölçə bilir. Bundan əlavə olaraq smart saat yuxu keyfiyyətini və stress səviyyəsini monitorinq edə bilir. Honor Watch 4 Pro 16 oktyabr tarixində 220$-a satışa çıxacaq. Dəri materialdan hazırlanmış kəmərə sahib model isə 246$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən Honor Magic Vs 2 smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti öz yeni qatlana bilən smartfonu Honor Magic Vs 2-ni təqdim edib.

Elm & Texnologiya
LTE dəstəkli smartfonlar Starlink üzərindən məlumatların mübadiləsini reallaşdıra biləcəklər
Hal hazırda Starlink peykləri internetə çıxışı müştərilər üçün nəzərdə tutulmuş xüsusi qəbuledici terminallar vasitəsilə təmin edirlər.

Startup və Biznes
Apple şirkəti öz cihazlarında Google Search-ə görə Google-dan nə qədər vəsait əldə edir?
ABŞ Ədliyyə Nazirliyi ilə Google arasında davam edən məhkəmə prosesində əsas marağı Apple şirkətinin “İnformasiya xidmətləri üzrə razılaşma” (ISA) çərçivəsində əldə etdiyi ödənişlər oyadır.

Startup və Biznes
Dünyaca məşhur spikerlər “InMerge İnnovasiya Sammiti”ndə görüşəcək!
“PAŞA Holding”in təşkilatçılığı ilə 30 noyabr və 1 dekabr tarixlərində baş tutacaq “InMerge İnnovasiya Sammiti” texnologiya, startap və bir çox biznes sahələri ilə maraqlanan şəxslər üçün əla fürsətdir!

Süni İntellekt
Bennu adlı asteroidin nümunələrində su aşkar edilib
NASA mütəxəssisləri Bennu adlı asteroiddən əldə edilmiş nümunələrin ilkin test nəticələrini təqdim ediblər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
