HP, Dell və digər şirkətlər öz istehsalatlarını Çindən köçürtməyi planlaşdırırlar

HP, Dell və digər şirkətlər öz istehsalatlarını Çindən köçürtməyi planlaşdırırlar

Texnologiya
03.07.2019 PAYLAŞIM

    HP Dell şirkətləri daxil olmaqla digər böyük texnoloji şirkətlər öz istehsalat güclərinin bir hissəsini Çindən köçürtməyi planlaşdırırlar. Bu barədə Nikkei saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən HP ilə Dell şirkətləri özlərinin kompüter istehsalının 30%-ni Çindən kənara köçürtmək niyyətindədirlər. HP şirkəti yeni istehsalat yeri kimi Tayvan ilə Taylandı görür. İstehsalat gücünün köçürülməsinə artıq iyul-sentyabr aylarında start verilə bilər.

    Dell şirkəti isə Vyetnamda və Filippinlərdə test məqsədli istehsalata artıq start verib. Microsoft, Google, Amazon, Sony Nintendo kimi şirkətlər də özlərinin bəzi oyun konsolları ilə ağıllı səsgücləndiricilərinin istehsalını Çindən köçürtməyi planlaşdırırlar. Həmçinin öz istehsalat gücünün bir hissəsinin köçürülməsi məsələsi Acer Asustek Computer şirkətlərində də müzakirə olunur. Acer ilə Asustek Compter şirkəti təsdiq edib ki, onlar istehsalat prosesinin köçürülməsini nəzərdən keçirdirlər.

Bənzər xəbər


    Dell şirkəti bu məsələyə rəy bildirməkdən imtina edərək qeyd edib ki, o, ABŞ ilə Çin arasındakı razılığın əldə olunacağına ümid edir. Digər şirkətlər də bu barədə nəsə deməkdən imtina ediblər. Nikkei saytının mənbələrinin məlumatlarına əsasən Apple şirkəti hələ bu ilin iyun ayında öz istehsalat gücünün 15-30%-nin Çindən köçürülməsini planlaşdırırdı. Şirkət yeni istehsalat yeri kimi Vyetnamı, Hindistanı, Meksikanı və digər ölkələri nəzərində tutub.

    Bu ilin may ayında ABŞ prezidenti Donald Trump Çində istehsal olunan məhsullara 25% verginin tətbiq olunması barədə qərar qəbul etmişdi. Həmin məhsullara smartfonlar, planşetlər, noutbuklar, ana platalar, videokartlar və s. kimi məhsullar daxildir. Keçən ayın sonunda isə ABŞ ilə Çin liderləri öz aralarında ticarət sülhünün bağlanacağı barəsində şifahi razılıq əldə etmişdilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×