'HTC'nin dövrü sona çatır. Şirkət öz vacib iki şöbəsini satmağı planlaşdırır

'HTC'nin dövrü sona çatır. Şirkət öz vacib iki şöbəsini satmağı planlaşdırır

Texnologiya
25.08.2017 PAYLAŞIM

Hələ bir neçə il bundan öncə “HTC” şirkəti, smartfon istehsalında aprıcı nümayəndələrdən biri idi.

Məhz bu şirkət 2008-ci ildə dünyaya ilk Android smartfon olan HTC Dream (digər adı ilə T-Mobile G1) cihazını təqdim etdi. 2013-cü ildə isə satışa çıxmış HTC One M7 smartfonu, bir çoxlarının fikrincə ən gözəl smartfon idi. Lakin bir anın içində nəsə yolunda getmədi və şirkət öz mövqeyini itirməyə başladı. Uzun müddət ərzində şirkət, böyük vəsait itkiləri yaşayırdı və mobil şöbə isə gəlir gətirmirdi. Bloomberg-in verdiyi məlumata inansaq, “HTC” öz 2 vacib şöbəsini satmağı planlaşdırır. HTC Vive, günümüzdə ən məşhur virtual reallıq cihazlarından biri hesab olunur. Bir neçə gün bundan öncə şirkət bu cihazın qiymətini 200$ aşağı saldı. Şirkət əmindir ki, bu üsulnan, virtual reallıq cihazına yeni insanları cəlb etmək mümkün olacaq. İndi isə məlumata əsasən şirkət bu şöbəni ümumilikdə satmaöı planlaşdırır. Bundan əlavə olaraq Bloomberg xəbər verir ki, VR biznesi ilə yanaşı şirkət həmçinin özünün mobil şöbəsini də satmağı düşünür. Bir çox analitiklərin fikrincə Google, “HTC”nin mobil şöbəsini ala bilər. “HTC”nin təmsilçiləri isə bu barədə heç bir məlumat verməyiblər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×