
HTC şirkəti 5G şəbəkə dəstəkli yeni flaqman smartfon üzərində çalışır
Elm & Texnologiya
10.09.2018
Emil
Böyük maliyyə problemlərinin olmasına baxmayaraq HTC şirkəti hələ də smartfonlar üzərində çalışmağa davam edir. Şirkətin baş mühəndisi Kevin
Kuo-nun məlumatlarına əsasən HTC hal hazırda Snapdragon 855 flaqman prosessoru əsasında
çalışacaq smartfon üzərində çalışır. Smartfon həmçinin Qualcomm şirkətinin yeni
Snapdragon X50 çipi ilə də təchiz olunacaq. Qeyd etmək lazımdır ki. bu çip
smartfonun 5G şəbəkəsi ilə çalışması üçün lazımdır. Təəssüflər olsun ki,
sözügedən smartfon barəsində başqa heç bir məlumat yoxdur. Sadəcə olaraq güman
etmək olar ki, HTC-nin yeni flaqman modeli genişformatlı QHD+ ekran, 6/8 GB RAM
və çox güman ki, ikili arxa kamera ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
