HTC şirkəti flaqman smartfon bazarına geri qayıdır

HTC şirkəti flaqman smartfon bazarına geri qayıdır

Texnologiya
07.10.2019 PAYLAŞIM

    HTC şirkətinin 2020-ci ildə flaqman smartfon modellərini satışa çıxardacağı barəsində daha öncədən yayılmış məlumatlar öz ilk təsdiqini tapdılar. Şirkətin premium seqmentə qayıdacağı barəsində ilk məlumatı HTC-nin yeni rəhbəri verib. O həmçinin HTC-nin hansı səbəbə görə bu il flaqman smartfonu satışa çıxartmağını da açıqlayıb. Bu barədə Slashgear saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkətin yeni rəhbəri vəzifəsinə Avropanın Orange adlı mobil operatorunun keçmiş icraçı direktoru Yves Maitres gəlib.

    O bildirib ki, HTC-nin əsas səhvi ondan ibarət idi ki, o, əsas diqqətini virtual və artırılmış reallıq texnologiyalarına edilmiş investisiyalara yönəltmişdi. Lakin indi şirkət premium smartfonlar bazarına geri qayıtmağa hazırlaşır. Çoxlu sayda olmuş məlumat sızıntılarına baxmayaraq HTC smartfon istehsalından tamamilə imtina etdiyini bildirməmişdi. Son aylar şirkət orta büdcəli smartfonların istehsalına öz diqqətini ayırmışdı. Şirkətin yeni flaqman smartfon modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.




DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×