HTC şirkəti öz məşhur smartfonlarından birinin yeni modelini satışa çıxardacaq

HTC şirkəti öz məşhur smartfonlarından birinin yeni modelini satışa çıxardacaq

Texnologiya
18.11.2019 PAYLAŞIM

    2000-ci illərin ortasında HTC şirkəti ən məşhur smartfon istehsalçılarından biri idi. Məhz bu şirkət HTC Dream adlı ilk Android smartfonu satışa çıxardıb. Görünür, şirkət Nokia Motorola-nın yolu ilə gedərək öz məşhur smartfon modellərindən birinin yeni versiyasını satışa çıxardacaq. Bu barədə Phonearena saytı xəbər verib. Şirkətin HTC Creative Labs şöbəsinin rəhbəri Drew Bamford öz Twitter hesabında şirkət pərəstişkarlarına sual verib.

    Həmin sualda pərəstişkarların əvvəlki HTC smartfonlarından hansının yeni texnologiyalarla təchiz olunmuş versiyasını görmək istədikləri soruşulub. İstifadəçilərin fikirləri müxtəlif olub. İstifadəçilərdən çoxu HTC One M7 smartfon modelinin yeni versiyasının təqdim olunmasını istəyiblər. Kimisi isə Touch HD2 və ya One M8 modelinin yeni versiyasını istəyib.


    Smartfonlar siyahısında həmçinin Hero, One X, Titan və digər modellər də olub. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə şirkət təsdiq etmişdi ki,o, gələn il virtual reallıq texnologiyasını ikinci plana çəkərək smartfon istehsalına geri qayıdacaq. Gələn il şirkət öz yeni flaqman smartfon modelini təqdim etməlidiir. Heç istisna deyil ki, həmin smartfon şirkətin daha əvvəllər satışa çıxmış modellərdən birinin təkmilləşdirilmiş versiyası olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×