main-post-cover

    HTC U12 ilə bağlı bütün məlumatlar və model haqqında fikirlərimiz

    08.03.2018
    Nijat Hamid
    İlk android telefonu istehsal edən əfsanə sayılan "HTC" şirkəti son illərdə çox pis vəziyyətdədir.
        Belə ki, patent davaları, bitən sponsorluqlar və kəsilən əlaqələr şirkəti ciddi maliyyə batağına çəkdi. Amma geri addım atmayan şirkət yeni tanıdacağı HTC U12 modeli ilə bütün problemlərini həll etməyi və yenidən yüksəlməyi planlayır. O zaman vaxt itirmədən əldə etdiyimiz məlumatları və konsept dizaynları incələyək.
    U12 modelinin texniki parametrləri və bizə vəd etdiyi xüsusiyyətlər nələrdir ?
        HTC Imagine kod adıyla satışa çıxarılacaq modeldə mobil prosessor olaraq "Qualcomm" şirkətinin ən yeni Snapdragon 845 prosessoru ilə təqdim ediləcək. SD 845 bazarda hal-hazırda ən güclü mobil prosessor hesab edilir və sizləri əmin edə bilərik ki, ən az 4-5 il ərzində rahatlıqla hər tətbiq və oyunu yüksək səviyyədə işə sala biləcək.
        Ekran tərəfində isə QHD+ bir panel istifadə ediləcək. Belə izah etsək, Quad HD+ panellər 2K panellərdən biraz daha böyükdü. Ekranın ölçüləri isə 5.99 inç olacağı deyilir. Bizcə 6 inç olsaydı daha yaxşı olardı amma HTC üçün buna da razı olarıq. Digər qeyd etməli olduğumuz məqam isə QHD+ panellər daha yüksək işıq dəyərlərinə malikdir. Bu sayədə günəş altında rahatlıqla ekranı görə biləcəksiz, lakin 2K olması etibari ilə parlaqlıq artdıqca batareyadakı enerji daha çox sərf olunacaq.
        RAM və yaddaş tərəfində isə maksimum 6 GB RAM ilə və maksimum 256 GB daxili yaddaşa malik modellər olacaqdır. Çox gümanki, 6 GB RAM yalnız 256 GB daxili yaddaşlı versiyada olacaq. 64 GB və 128 GB modellərdə isə 4 GB RAM olması təxminimizdir.
        "HTC"nin modellərində ən uğurlu olan 2 şeydən biri kameradır. Belə ki, digər rəqiblərdən geri qalmamaq üçün arxa paneldə 12 MP + 16 MP olan dual Sony Imx3xx kamera sensorları olacaqdır. Rəqiblərində olduğu kimi bu sensorlardan biri portret rejimində çəkiləcək fotolar üçün xüsusi olaraq nizamlanacaq. Ön kamerada isə 8 MP dəyərində kamera olacaqdır. Fikrimizcə bu kamera OİS dəstəkli olacaq. Bu sayədə selfi fotolar çəkərkən titrəşimləri azaldacaq və daha kəskin şəkillərin çəkilməsinə səbəb olacaqdır.
        3420 mAhenerji tutumlu batareya ilə U12 1 günü rahatlıqla idarə edə biləcək bir model olacaqdır. Ayrıca qeyd edək ki, telefon Android Oreo (8.0) ilə gələcək və "Google"un təhlükəsizlik yenilənmələrini 2- 3 il arasında daimi olaraq alacaqdır.
        Ayrıca telefonda IP68 sertifikat dəstəyi olacaq, suya və toza maksimum dərəcə dayanıqlı şəkildə rəqibləri ilə yarışacaq.
        Bəlkə də HTC sevərlər üçün ən önəmli yenilik HTC SENSE 10 olacaqdır. Android dünyasında ən stabil android interfeysi hesab edilən Sense interfeysi Marshmallow yenilənməsi ilə birlikdə öz estetik görünüşünü və funksionallığını itirdi. Sense 8 və 9, istifadəçiləri narahat etməsə də, çox da xoşlarına gəldi deyə bilmərik. Ümid edirik, "HTC" öz interfeysində "Samsung" olduğu kimi, yəni Toucwhiz interfeysindəki kimi sıçrayış yaradaraq dəyişikliklər edər.
        Telefonda üz tanıma, barmaq izi sensoru, iris qoruma ( çox güman ) kimi əlavə funksiyalar olacaq. Qeyd edək ki, telefon şüşə korpusa malik olacaq. İnanırıq ki, Corning Gorilla Glass 5 istifadə edilər
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər