
HTC U12-nin ilk fotosu sızdırıldı
Elm & Texnologiya
03.01.2018
Emil
İnternetə hələ anonsu olmamış HTC U12 smartfonunun ilk fotosu sızdırılıb.
Fotodan da görmək olar ki, yeni
cihaz tam ekrana sahib olacaq. Bununla yanaşı fotoda görmək olar ki, onun çərçivələri
və ön kamerası demək olarki görünmürlər. Smartfon Home düyməsinə sahib deyil.
Korpusun ucları dairəvi şəkildədir, ekran isə kənar tərəflərdən dairəvi formaya
sahibdir. Onun sağ tərəfində smartfonu blocka salmaq üçün və səsin tənzimlənməsi üçün düymələri var. Çox güman ki, barmaq izi skanı smartfonun arxa panelində yerləşəcək.
Digər məlumata əsasən isə barmaq izi skanını təkmilləşdirilmiş Face ID
texnologiyası əvəz edəcək. Məlumatlara inansaq HTC U12 5.99 inç 4K ekranla,
Snapdragon 845 prosessoru və ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonun
bu ilin May ayında təqdim olunacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
