
HTC U12 Plus-ın bütün texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
09.04.2018
Emil
HTC şirkəti bu il yalnız bir flaqman
modelini təqdim edəcək. Söhbət HTC U12 Plus modelindən gedir. Şayiələrə əsasən
onun təqdimatı artıq gələn ay baş tutacaq. Buna görə də hər keçən gün smartfon
haqqında daha çox məlumatlar ortaya çıxmağa başlayır. Beləliklə internetdə
sözügedən smartfonun artıq bütün texniki göstəriciləri haqqında məlumatlar
sızdırılıb. HTC U12 Plus 18:9 nisbətli 2880x1440 piksel keyfiyyətli 5.5 inç
Super LCD (Quad HD+ keyfiyyətində) ekranla təchiz olunacaq.

Ekranı həmçinin Corning Gorilla Glass 5
qoruyucu şüşəsi qoruyacaq. Bu barədə GSMArena saytı xəbər verib. Smartfonun
korpusu IP68 standartı üzrə sudan və tozdan qorunmuş şəkildə olacaq. Beləliklə
cihazı yarım saat müddətinə suya salmaq mümkün olacaq. Digər texniki göstəriocilərə
gəldikdə isə sartfon 8 nüvəli Snapdragon 845 prosessoru, 8 GB RAM, 128 GB
daxili yaddaş (2 TB’a kimi microSD dəstəyi) 12 + 12 MP ikili arxa kamera, 8 + 8
MP ikili ön kamera və 3420 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
HTC
U12 Plus Sense 10 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə
çalışacaq. Smartfonun daha bir yeni funksiyaları arasında həmçinin sıxılmaya həssas
Edge Sense 2.0 çərçivələri də olacaq. Smartfonun hər bir kamerası təsvirin
optik stabilizasiyası özəlliyinə sahib olacaq. Yeni HTC modelinin qiyməti barəsində
heç bir məlumat yoxdur. Lakin çox güman ki, o, HTC U11 Plus modelinin qiymət göstəricisində satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
