
HTC U12 Plus modeli zərbələrə qarşı nə qədər dözümlüdür? (Video)
Elm & Texnologiya
02.07.2018
Nijat
HTC U12 Plus bu ilin ən güclü flaqman modellərindən biridi. Həmçinin satışların HTC şirkətini zərər etməkdən qurtarmasına kömək edəcəyi düşünülür. Daha əvvəl də videolarını yayınladığımız məhşur Youtuber JerryRigEverything bu səfər U12 Plus modelinə dözümlülük testi edir və nəticələr çox da təəccübləndirmir. Corning Gorilla Glass 5 şüşə qorumasına malik telefon bir səviyyəyə qədər dözsə də, sonradan cızılır. HTC hər zaman alüminium gövdələri ilə diqqət çəkirdi, lakin bu səfər telefonda işlədilən çərçivələr çox da dayanaqlı deyil anlaşılan. Digər testləri görmək üçün videoya baxmaq daha ideal olacaqdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
