
Huawei 7 ədəd yeni Kirin prosessoru üzərində çalışır
Elm & Texnologiya
25.01.2024
Emil
İnsayderlərin vermiş olduqları məlumata əsasən böyük şirkətlərdən biri müxtəlif cihazlar üçün nəzərdə tutulmuş 7 yeni prosessor üzərində çalışır. Məlumatda söhbətin hansı şirkətdən getdiyi qeyd edilməsə də, Huawei Central saytının fikrincə söhbət məhz Huawei-dən gedir. Məlumata əsasən Huawei noutbuklar üçün nəzərdə tutulmuş iki ədəd flaqman Kirin prosessoru üzərində çalışır. Bununla yanaşı şirkət nova, P və Mate smartfon seriyaları üçün də yeni Kirin prosessorlarını hazırlayır. Onlardan ikisi nova seriyası, biri P seriyası, ikisi isə Mate seriyası üçün nəzərdə tutulub.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
