main-post-cover

    Huawei Android tətbiqləri smartfona tam quraşdırmadan işə salmağa imkan verən servisi təqdim etdi

    Elm & Texnologiya
    16.01.2020
    Farid Pardashunas
        ABŞ ilə olan gərginliyin fonunda Huawei şirkəti daha çox Google servisini öz alternativləri ilə əvəz etməyi hədəfləyib. Bu istiqamətdə şirkət Google Instant Apps-in öz analoqunu təqdim etdi. Şirkətin yeni servisi tətbiqlər ilə oyunların smartfonlara tam quraşdırılmaması vasitəsilə onları sürətli şəkildə işə salmaq imkanını verir. Bu barədə Androidcentral saytı xəbər verib. Google Instant Apps kimi Quick Apps servisi də smartfonun yaddaşına tətbiqin yalnız bir hissəsini yükləmək imkanını verir.
        Bu halda smartfonun daxili yaddaşının qənaət edilməsi 97% təşkil edir. Yeni fuksiyadan istifadə etmək üçün Android 10 əməliyyat sistemi və AppGallery online mağazasının 10.1 versiyası və ya yuxarı versiyası lazımdır. Bu cür üsul ilə istifadəçi bütün distributivin yüklənməsinə ehtiyac duymadan tətbiqin baza funksiyalarından istifadə edə bilər. Tətbiqlərin tam şəkildə quraşdırılmaması öz növbəsində yüklənmə vaxtını aşağı salacaq.
        Həmçinin bunun vasitəsilə smartfonun daimi boş yaddaş göstəricisinə olan yüklənmədən narahat olmayaraq bir sıra ağır tətbiqlərdən rahat şəkildə istifadə etmək mümkün olacaq. Bundan əlavə olaraq bu cür özəlliyiə sahib Quick Games servisinin də istifadəyə veriləcəyi gözlənilir. Quick Apps servisi artıq Huawei Mate 30 smartfon istifadəçiləri üçün aktivdir. Bu yeni funksiyanı əldə edəcək digər Huawei smartfonları barəsində məlumat daha sonra veriləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər