Huawei artıq bu il Samsung'u geridə qoyaraq mobil bazarın lideri olmağı planlaşdırır

Huawei artıq bu il Samsung'u geridə qoyaraq mobil bazarın lideri olmağı planlaşdırır

Texnologiya
26.01.2019 PAYLAŞIM

    Huawei şirkəti keçən ilki uğurlarından ilhamlandı və bu il üçün daha böyük planları var. Huawei Devices şöbəsinin icraçı direktoru Richard Yu, Pekində keçirilmiş konfransda çıxışı zamanı bildirib ki, Huawei şirkətinin mobil cihazlar bazarının lideri olması üçün bir neçə il lazım olmayacaq. Belə ki, şirkət Samsung-u geridə qoyaraq mobil bazarın nömrə bir təmsilçisi olmağı artıq bu il üçün planlaşdırır. Əgər nəsə yolunda getməsə şirkət bunu 2020-ci ilə kimi etməyi planlaşdırır. Bu barədə Reuters saytı bildirib.

    Qeyd etmək lazımdır ki, Huawei artıq Apple şirkətini keçib və texnoloji şirkətlər arasında ikinci yeri tutur. Əsas liderlik ilə Huawei şirkəti arasında yalnız Samsung dayanır. Apple ilə Samsung şirkətlərinin maddi itkilərinin və Huawei şirkətinin yüksək sürətlə böyüməsi fonunda şirkət bildirib ki, o, ABŞ-ın köməyi olmadan da bazarın lideri ola bilər. Qeyd etmək lazımdır ki, ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə ABŞ hökuməti Çin şirkətlərinə şərait yaratmır. Bu il Huawei şirkəti öz əsas diqqətini 5G texnologiya dəstəkli smartfonlara və özünün ilk əyilə bilən smartfon modelinə ayırır.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×