
“Huawei” səlahiyyətliləri
tərəfindən açıqlanan məlumata görə, şirkət smartfon satışında bir aya olan rəqəmlərə
əsasən “Apple”ı geridə buraxmağı bacarıb.
Dünyanın ən böyük üçüncü smartfon istehsalçısı Huawei, xüsusilə flaqman modelləri ilə son dövrdə daha çox istifadəçinin marağını cəlb edən bir marka halına çevrilib.
Bu səbəblə ikinci sırada qərarlaşan Apple ilə ciddi bir rəqabət içərisində olan çinli şirkətin, ötən il "Apple"ı geridə buraxdığı məlum olub.
Huawei ilə Apple arasında güclü rəqabət!
"Huawei"in məhsul mərkəzinin direktoru “Allen Wang”, şirkətin ötən ilin dekabr ayında 13.2%-lik bazar payına çataraq, smartfon telefon satışlarında "Apple"ı geridə buraxmağı bacardığını açıqladı.
Keçən il cəmi 139 milyon cihaz satışı reallaşdıran "Huawei"in Honor modeli, hal-hazırda 74 ölkədə satışdadır.
"Huawei"in bəzi bazarlarda "Samsung"dan belə çox satış əldə etdiyini iddia edən Wang, bu rəqəmləri paylaşarkən hansı hesabatları əsas aldığı isə bilinmir.
Şərh yoxdur