
Huawei bu ilin sonuna kimi yeni Kirin prosessorunu istifadəyə verəcək
Elm & Texnologiya
16.10.2023
Emil
Keçən il Huawei şirkəti bildirmişdi ki, 2023-cü ildə yeni Kirin prosessorları olmayacaq. Lakin şirkətin bir neçə müddət bundan öncə təqdim etmiş olduğu Huawei Mate 60 smartfon seriyasının modelləri məhz yeni Kirin prosessoru vasitəsilə çalışırlar. Söhbət, Kirin 9000s adlı prosessordan gedir. İndi isə insayderlər bildiriblər ki, şirkət yeni Kirin prosessorunu istifadəyə verməyə hazırlaşır. Məlumata əsasən yeni prosessor böyük ehtimal ilə Kirin 830 adını əldə edəcək.
Məlumata əsasən sözügedən yeni prosessor bu ilin sonuna kimi təqdim olunacaq Huawei nova 12 smartfon seriyasının tərkibində istifadəyə veriləcək. İnsayderlər bildiriblər ki, Kirin 830-un performans göstəriciləri Snapdragon 778G və Snapdragon 870 prosessorlarının performans göstəriciləri ilə eyni səviyyədədir. Kirin 830-un hansı şirkət tərəfindən istehsal ediləcəyi və prosessorun 5G dəstəyinə sahib olub-olmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Dünya əhalisinin yarısından çoxu artıq smartfonlardan istifadə edir
GSM Association (GSMA) təşkilatı 2023-cü il üzrə Mobile Internet Connectivity Report adlı hesabatını təqdim edib.

Elm & Texnologiya
Apple Vision Pro-nun sadələşdirilmiş versiyası nə ilə fərqlənəcək?
Apple şirkəti iyun ayında Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi.

Süni İntellekt
Mikroplastik hissəciklər hətta buludlarda aşkar edilib
Yapon alimlər Fuci və Oyama dağlarının zirvələrindəki dumandan əldə edilmiş suyun tərkibində 9 növ süni polimer aşkar ediblər.

Startup və Biznes
Microsoft şirkəti Activision Blizzard-ı aldığını sonunda rəsmi şəkildə elan etdi
Microsoft-un Activision Blizzard-ı almaq cəhdi ətrafındakı hekayə artıq 2 il idi ki, davam edirdi.

Təhlükəsizlik
Hakerlər Steam-in bəzi oyunlarına viruslar yükləyiblər
Valve şirkəti özünün Steam platformasında uzun zamandır ki, iki faktorlu autentifikasiya sistemindən istifadə edir.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
