Logo
    main-post-cover

    Huawei-dən 512 GB yaddaş həcmli smartfon gəlir

    Elm & Texnologiya
    21.03.2018
    Emil
        Elektron cihazların sertifikatlaşdırılması üzrə fəaliyyət göstərən TENAA təşkilatının saytında Huawei şirkətinin NEO-AL00 kod adlı yeni smartfonu haqqında məlumatlar ortaya çıxıb. Yeni smartfon 6 GB RAM və iki SIM kart girişi ilə təchiz olunaraq Android əməliyyat sistemi vasitəsilə çalışacaq. Lakin smartfonun əsas maraqlı özəlliyi onun daxili yaddaş həcmindədir. Belə ki, Huawei şirkətinin hələki məlum olmayan smartfonu 512 GB daxili yaddaşa sahib olacaq.

        Əgər sözügedən smartfon yaxın zaman ərzində satışa çıxsa, bu, rekord göstərici hesab olunacaq. Çünki hələ indiyənə kimi heç bir smartfon istehsalçısı 256 GB daxili yaddaş həcmindən daha böyüyünə sahib bir cihaz təqdim etməyib. Hələ keçən ilin Dekabr ayında Samsung şirkəti 512 GB-lıq yeni yaddaş modullarının istehsalına başlamışdı. Çox güman ki, Huawei məhz Samsung-un texnologiyasından istifadə edəcək. Belə ki, Samsung-dan başqa heç bir şirkət bu texnologiyanın analoqunu təqdim etməyib.
    Paylaş
    Bənzər xəbərlər