main-post-cover

    Huawei-dən 5G dəstəkli MatePad Pro planşeti - QİYMƏTİ

    Elm & Texnologiya
    24.02.2020
    Farid Pardashunas
        Huawei şirkəti MatePad Pro planşet modelinin Avropa bazarı üçün nəzərdə tutulmuş qlobal versiyasını təqdim etdi. Sözügedən planşet modelinin əsas özəllikləri arasında nazik çərçivəli ekran, ekrana inteqrasiya edilmiş ön kamera, yüksək performanslı prosessor və yüksək batareya həcmi var. Bundan əlavə olaraq MatePad Pro planşeti daha öncədən yalnız smartfonlarda rast gəlinən unikal şarj texnologiyasını da əldə edib. Beləliklə MatePad Pro planşeti 2560x1600 piksel keyfiyytli 10.8 düym ekran əldə edib.
        Ekranın piksellər sıxlığı isə 280 ppi təşkil edir. Bununla yanaşı planşetin ekranı nazik çərçivələrə sahibdir və xüsusi oxuma rejimini dəstəkləyir. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə smartfonlarda olduğu kimi ekranın yuxarı sol tərəfinə inteqrasiya edilib. Bütün bunları nəzərə alaraq planşet ekranı cihazın ön panelinin 90%-ni əhatə edir. MatePad Pro-nun digər bir əsas özəlliyi də ondan ibarətdir ki, o, Huawei M-Pen stilusuna sahibdir. Sözügedən stilus 4096 tərz təzyiqi təyin edə bilir.
        Əsas texniki göstəricilərə gəldikdə isə planşet 8 nüvəli Kirin 990 5G prosessoru, Mali-G76 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 13 MP-lik (f/1.8 diafraqmalı) arxa kamera, 8 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, sürətli şarj texnologiyalı 7250 mAh enerji tutumlu batareya, Wi-Fi və LTE modul ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra MatePad Pro planşeti video izləmə rejimində 13 saat ərzində çalışa bilər. Bununla yanaşı planşet 15 vatt gücündə naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Planşet EMUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei MatePad Pro planşeti bu ilin aprel ayında satışa çıxacaq. Planşetin qiymətləri aşağıdakı kimi olacaq:
    - 6 GB RAM + 128 GB daxili yaddaş həcmi + Wi-Fi modul - 549 avro
    - 8 GB RAM + 256 GB daxili yaddaş həcmi + Wi-Fi modul - 649 avro
    - 6 GB RAM + 128 GB daxili yaddaş həcmi + LTE modul - 599 avro
    - 8 GB RAM + 256 GB daxili yaddaş həcmi + LTE modul - 699 avro
    - 8 GB RAM + 256 GB daxili yaddaş həcmi + 5G modem - 799 avro
    - 8 GB RAM + 512 GB daxili yaddaş həcmi + 5G modem - 949 avro.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər