Huawei-dən açıqlama: 'Google ilə bir daha işləməyəcəyik'

Huawei-dən açıqlama: 'Google ilə bir daha işləməyəcəyik'

Texnologiya
31.01.2020 PAYLAŞIM

        ABŞ ilə Çin arasında yaşanan iqtisadiyyat müharibəsindən ən çox zərər çəkən Huawei olmuşdu. Google ilə arası pozulan şirkət tamamilə öz ekosistemini qurmağa fokuslanmışdı. Google Mobil Servisləri yerinə yaxın aylarda Huawei Mobil Servisləri işə salındı. Bu gün isə Huawei rəsmilərindən açıqlama gəldi.

Huawei rəsmilərindən olan Fred Wangfei, Huawei şirkətinin Google servislərinə qayıtmayacağını bildirdi.


        Rəsmilər həmçinin bildirir ki, Huawei şirkəti ABŞ bağlılığından tamamilə azad olmaq istəyir və bu səbəbdən iOS/Android rəqibi olaraq 3-cü bir ekosistem yaratmaq istəyirlər. Wangfei bildirir ki, 4000 nəfərdən ibarət tərtibatçı komandaları hesabın ən əsas 60 APİ-dən 24-ünün alternativini hazırlaya biliblər. Qeyd etdiklərinə görə Play Store alternativi olan App Galery-də Facebook və WhatsApp kimi ABŞ əsaslı tətbiqləri görməkdən məmnun olacaqlar.

        Hal-hazırda ABŞ ilə işləməsi qadağan olan Huawei, Avropada bu işi üstlənə biləcək yeni şirkətlər axtarışındadır. Yeni sistem və yeni servislər olması səbəbilə Huawei-in satışları ilk zamanlar azala bilər. Lakin uzun müddətdə güclü rəqibə çevrilə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×