
Apple şirkəti dünən axşam öz yen flaqman smartfon modellərini təqdim etdi. Şirkətin rəqibləri isə vaxt itirmədən həmin təqdimatda ciddi innovasiyaların olmadığını şirkətə hər üsulla bildirməyə can atırlar. Huawei şirkəti də geridə qalmayaraq Apple şirkətini qısa video ilə trollayıb. Həmin videoda Huawei gələn ay təqdim edəcəyi Mate 20 smartfon modelini anons edir. Bununla yanaşı şirkət sözün əsl mənasında yeni bir şeyi təqdim edəcəyinə söz verib. Dünən təqdim olunmuş iPhone XS modelləri keçən ilki iPhone X-in təkmilləşdirilmiş versiyalarıdır.
Yeni modellər xarici
görünüşcə iPhone X-ə bənzəyirlər. Fərqlilik isə onların ölçülərində və texniki
göstəricilərindədir. Baxmayaraq ki, Apple şirkəti bu cür inkişafı stabillik
adlandırır, Huawei üçün bu, yerində saymaqdır. Şirkətin videosunda Huawei, yeni
bir şeyin təqdim olunmaması ilə Apple şirkətinə təşəkkürünü bildirib və indi
ilin ulduzu olmaq üçün Huawei bütün şanslara sahibdir. Beləliklə Huawei Mate 20
flaqman modelinin təqdimatını səbrsizliklə gözləyirik. Bəlkə həmin təqdimatda Huawei bizləri təəccübləndirə
biləcək.
Thank you for keeping things the same. See you in London. 16.10.18 #HigherIntelligence #HUAWEIMate20 pic.twitter.com/ZhZHj9Xg3s
— Huawei Mobile (@HuaweiMobile) 12 сентября 2018 г.
Şərh yoxdur