main-post-cover

    Huawei dünyanın ən bahalı brendləri reytinqinin ilk top onluğuna daxil oldu

    Elm & Texnologiya
    24.01.2020
    Emil Nəcəfov
        Brand Finance şirkəti Global 500 adlı yeni hesabatı təqdim edib. Həmin hesabatda isə dünyanın 500 böyük brendinin bazar dəyəri məlumatları əks olunub. 3 il ərzində bu reytinqin lideri dəyişməsə də dünyanın ən bahalı brendləri siyahısının ilk top onluğuna yeni təmsilçi daxil olub. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə bu ilk reytinqin ilk top onluğuna Huawei şirkəti daxil olub.
        Analitiklər şirkətin qiymətini 62.2 milyard dollar dəyərində qiymətləndiriblər. Bu cür qiymət göstəricisi ilə Huawei reytinqdə 10-cu yerdə qərarlaşıb. Keçən il şirkət 12-ci yerdə idi. Sözügedən reytinqin birinci yerində Amazon şirkəti qərarlaşıb. Amazon artıq 3 ildir ki, bu reytinqdə birinci yeri tutur. Belə ki, şirkətin qiyməti 220.7 milyard dollar dəyərində qiymətləndirilir.
        Keçən ilki göstərici ilə müqayisədə onun dəyəri 17.5% yüksəlib. Beləliklə şirkət 200 milyard dollarlıq bazar dəyəri sərhədini keçə bilib. Reytinqin ikinci yerində qərarlaşmış Google şirkətinin qiyməti 159.7 milyard dollar dəyərində təşkil edib. Şirkət keçən ilki göstərici ilə müqayisədə 11.9% yüksəliş sərgiləyib. Üçüncü yeri tutan Apple şirkətinin bazar dəyəri 140.5 milyard dollara enib. Bazar dəyərinin enməsi halı həmçinin Facebook Microsoft şirkətlərində də müşahidə edilib. Reytinqin ilk top onluğu isə aşağıdakı kimidir:
    Amazon - 220.7 milyard dollar (17.5% yüksəliş)
    Google - 159.7 milyard dollar (11.9% yüksəliş)
    Apple - 153.6 milyard dollar (8.5% eniş)
    Microsoft - 117 milyard dollar (2.1% eniş)
    Samsung - 94.4 milyard dollar (3.5% yüksəliş)
    ICBC - 80.7 milyard dollar (1.2% yüksəliş)
    Facebook - 79.8 milyard dollar (4.1% eniş)
    Walmart - 77.5 milyard dollar (14.2% yüksəliş)
    Ping An - 69 milyard dollar (19.8% yüksəliş)
    Huawei - 62.2 milyard dollar (4.5% yüksəliş).
    Linki kopyala