Huawei fərdi əməliyyat sistemini Mate 30 smartfon seriyası ilə birlikdə təqdim edəcək

Huawei fərdi əməliyyat sistemini Mate 30 smartfon seriyası ilə birlikdə təqdim edəcək

Texnologiya
05.07.2019 PAYLAŞIM

    ABŞ ilə Çinin söz üzərində barışdıqlarına baxmayaraq Huawei şirkəti öz fərdi əməliyyat sistemi üzərində çalışmağa davam edir. Huawei Central saytının jurnalistləri şirkətin planları ilə yaxından əlaqəli olan mənbə tərəfindən məktub əldə ediblər. Mənbənin verdiyi məlumata əsasən şirkət artıq öz əməliyyat sistemini yeni smartfon modelində test etməyə başlayıb. Çox güman ki, söhbət, Mate 30 flaqman smartfonundan gedir. Bu barədə Gagadget saytı xəbər verib.

    Məlumatda qeyd olunub ki, əməliyyat sustemi məhz Mate 30 smartfon seriyasının təqdimatı zamanı anons olunacaq. Lakin əməliyyat sisteminin dəqiq çıxış tarixi və adı barəsində heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında şirkətin əməliyyat sisteminin HongMeng OS və ya Ark OS adlanacağı bildirilirdi. Ola bilsin ki, bunlar əməliyyat sisteminin yalnız kod adlarıdır və onun çıxışı zamanı o tamamilə başqa ada sahib olacaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×