main-post-cover

    Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    17.03.2023
    Emil Nəcəfov
        23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək. Baş tutacaq tədbir çərçivəsində şirkət təkcə Huawei P60 smartfon seriyasını və qatlana bilən Mate X3 smartfonunu deyil, həmçinin digər məhsullarını da təqdim edəcək. Onlardan biri də FreeBuds 5 adlı naqilsiz qulaqlıqlar olacaq. İndi isə internetdə sözügedən qulaqlıqların xarici görünüşlərini sərgiləyən foto ortaya çıxıb. Fotodan da görmək olar ki, FreeBuds 5 qeyri adi dizayna sahib olacaq. Belə ki, qulaqlıqların gövdələri damcı formasında reallaşdırılıb. Qulaqlıqların aşağı hissələrinin qalın olması onların böyük həcmli batareyaya sahib ola biləcəklərinə işarə edir. FreeBuds 5-in texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur.
    Linki kopyala