
Huawei gələn il Apple Vision Pro-nun rəqibini təqdim edəcək
Elm & Texnologiya
29.11.2023
Emil
Apple şirkəti iyun ayında baş tutmuş WWDC 2023 konfransı çərçivəsində Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi. Vision Pro-nun artıq gələn ilin birinci yarısında satışa çıxacağı gözlənilir. Apple Vision Pro-nun təqdimatından sonra məlum oldu ki, Samsung də buna bənzər cihaz üzərində çalışır. İndi isə Vision Pro-ya bənzər cihaz üzərində çalışan şirkətlər arasına Huawei də daxil olub.
Belə ki, insayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Huawei artıq gələn il flaqman prosessor vasitəsilə çalışacaq VR eynəyini təqdim edəcək. Məlumatda qeyd edilib ki, şirkətin VR eynəyi aktiv soyutma sistemini və xarici batareyaların dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, VR eynəyin hazırlanması ilə həmçinin Honor şirkəti də məşğul olur. Lakin Honor-un VR eynəyi barəsində bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
