main-post-cover

    Huawei, Himalay dağlarına 5G antenalarını yerləşdirdi

    Elm & Texnologiya
    24.04.2020
    Nijat Hamid
            Huawei şirkəti 5G həlləri ilə hal-hazırda şəbəkə ekosistemində lider vəziyyətdədir. Müxtəlif ölkə və şirkətləri 5G antenaları ilə təmin edən çinli şirkət bu səfər maraqlı bir addım atdı.China Mobile ve Huawei birliktə Himalay dağlarının ən yüksək zirvəsi olan Everest-ə 5G antenalarını yerləşdirdi. Antenalar dağın 5300 metr 5800 metr hündürlüklərinə yerləşdirildi.

    Everest zirvəsinə 5G antenalarının yerləşdirilməsi kommunikasiya tarixində önəmli bir hadisə kimi hesab olunur.

            8 Ton ağırlığında olan antenaları 53005800 metr yüksəkliyə çıxartmaq bu addımın ən çətin mərhələsi oldu. Ümumilikdə 5 ədəd 5G NSASA antenaları Everest-ə yerləşdirildi. Aparılan sürət testlərinin nəticələrində Everest-in müxtəlif yerlərində 1 Gbps sürətə çatmaq mümkün oldu. Şirkətin yeni hədəfi isə 6500 metr yüksəkliyinə çıxaraq başqa antena yerləşdirməkdir. 
            8 Ton ağırlığında olan antenaları dağa çıxartmaq üçün ümumilikdə 150 nəfər iştirak etdi. 2013-cü ildən bu yana Everest zirvəsində 4G şəbəkəsi üçün antenalar fəaliyyət göstərir. Bunun nəticəsində dağa dırmaşan insanlar HD videolar çəkərək bunları paylaşa bilirdi. Huawei-n bu uğuru ÇinHuawei şirkətinin 5G kommunikasiyasında lider olduqlarını göstərdi.
    Linki kopyala