
Huawei şirkəti 2019-cu il üzrə özünün 5G şəbəkə dəstəkli smartfon modellərinin satış göstəricilərini açıqlayıb. Bu barədə Huawei Central saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən şirkət keçən il bütün üzrə 6.9 milyon ədəd 5G smartfon satıb. Bu cür göstərici diqqəti cəlb etsə də başa düşmək lazımdır ki, satılmış smartfonların böyük hissəsi Çin bazarında reallaşdırılıb.
Tarixdəki iPhone skandalları!
Belə ki, şirkətin demək olar bütün 5G dəstəkli smartfonları məhz Çində satışa çıxıblar. Qeyd etmək lazımdır ki, şirkətin 5G dəstəkli ilk smartfonu Mate 20X 5G oldu. Həmin smartfon keçən ilin iyul ayında satışa çıxmışdı. Daha sonra şirkət 5G dəstəkli Mate 30 5G, Mate 30 Pro 5G, Mate 30 RS Porsche Design, Nova 6 5G və Mate X smartfon modellərini satışa çıxartdı.
Şərh yoxdur