main-post-cover

    Huawei Kirin 8000 və Kirin 9000SL prosessorları AnTuTu testlərindən keçiblər

    Elm & Texnologiya
    26.12.2023
    Emil Nəcəfov
         Yenicə təqdim edilmiş Huawei nova 12 smartfonlarında əsas diqqət çəkən məqam onların prosessorlarıdır. Söhbət, məhz nova 12, nova 12 Pronova 12 Ultra modellərinin sahib olduqları Kirin prosessorlarından gedir. Qeyd etmək lazımdır ki, nova 12 ilə nova 12 Pro Kirin 8000 prosessoru, nova 12 Ultra isə Kirin 9000SL prosessoru vasitəsilə çalışır. Nova 12 Lite Snapdragon 778G (4G) prosessorunu əldə edib. İndi isə məlum olub ki, Kirin 8000 ilə Kirin 9000SL prosessorları AnTuTu bençmarkının testlərindən keçiblər. Beləliklə Kirin 8000 prosessoru AnTuTu testlərində ümumilikdə 553 019 xal, Kirin 9000SL prosessoru isə ümumilikdə 574 540 xal toplayıb. Maraqlısı ondadır ki, nova 12 Lite modelinin tərkibində olan Snapdragon 778G (4G) prosessoru AnTuTu testlərində ümumilikdə 589 570 xal toplayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei nova 12 Pro və nova 12 Ultra təqdim edilib - QİYMƏTİ
    huawei-nova-12-pro-ve-nova-12-ultra-teqdim-edilib-qiymeti
    Huawei nova 12 və nova 12 Lite təqdim olunub - QİYMƏTİ
    huawei-nova-12-ve-nova-12-lite-teqdim-olunub-qiymeti
    Huawei Kirin 9000SL prosessoru barəsində məlumat ortaya çıxıb
    huawei-kirin-9000sl-prosessoru-baresinde-melumat-ortaya-cixib
    Təqdimatdan bir gün qabaq Huawei nova 12 Ultra-nın texniki göstəriciləri açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-12-ultra-nin-texniki-gostericileri-aciqlanib
    Huawei ikiqat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır
    huawei-ikiqat-qatlanma-mexanizmine-sahib-smartfon-uzerinde-calisir