Logo
    main-post-cover

    Huawei Kirin 9000s prosessorunun yeni versiyası üzərində çalışır

    Elm & Texnologiya
    28.11.2023
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkəti öz son smartfonlarında istifadə edilən Kirin 9000s prosessorunun yeni versiyası üzərində çalışır. Bununla yanaşı insayder bildirib ki, şirkət üstəlik Kirin 9000s prosessorunun yenilənmiş versiyasını əldə edəcək iki yeni cihaz üzərində də çalışır. İnsayderin fikrincə söhbət, çox güman ki, tamamilə yeni prosessordan deyil, Kirin 9000s-in optimizasiya edilmiş versiyasından gedir.
         Məlumatda qeyd edilib ki, optimizasiya edilmiş versiyanın adi Kirin 9000s-dən əsas fərqi onda olacaq ki, onun əsas nüvəsinin çalışma tezliyi 0.13 GHz aşağı salınacaq. Beləliklə Kirin 9000s-in optimizasiya edilmiş versiyası özündə 1 ədəd 2.49 GHz tezlikli nüvəni, 3 ədəd 2.15 GHz tezlikli nüvəni və 4 ədəd 1.53 GHz tezlikli nüvəni birləşdirəcək. İnsayder bildirib ki, adi Kirin 9000s-də istifadə edilən Maleoon 910 qrafik çipində isə heç bir dəyişiklik olmayacaq.
    Paylaş