Logo
    main-post-cover

    Huawei Kirin 9010 prosessoru təqdim olunub

    Elm & Texnologiya
    18.04.2024
    Farid
         Huawei şirkəti Pura 70 smartfon seriyası çərçivəsində öz yeni prosessoru olan Kirin 9010-u da təqdim edib. Bu prosessoru Huawei Pura 70 Pro, Pura 70 Pro+Pura 70 Ultra modelləri əldə ediblər. Şirkətin daha öncəki Kirin 9000S prosessoru ilə müqayisədə Kirin 9010 daha az texnoloji dəyişikliyə məruz qalıb. Lakin bununla belə yeni prosessorun performans artımı müşahidə edilir. Kirin 9010 prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 8 ədəd nüvəni birləşdirir.
         Nüvələr “1+3+4” sxemi üzrə yerləşiblər. Yəni bu yeni prosessor özündə 2.30 GHz tezlikdə çalışan 1 ədəd əsas nüvəni, 2.15 GHz-dən 2.18 GHz-ə kimi çalışan 3 ədəd performanslı nüvəni və 1.54 GHz-dən 1.55 GHz-ə kimi çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından isə Maleoon 910 çipi cavabdehdir. Kirin 9010 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 1442 xal, çox nüvəli testi çərçivəsində isə 4471 xal toplayıb.
    Paylaş