
Huawei Mate 10-dan yeni detallar (VİDEO)
Elm & Texnologiya
07.09.2017
Orxan
Yaxında təqdim olunması gözlənilən Huawei Mate 10-un yeni görüntüləri də
ortaya çıxdı. Buyurun qarşınızda maraqla gözlənilən Huawei Mate 10-un videosu!
Phablet anlayışının Samsung Galaxy
Note modelləriylə həyatımıza girişindən sonra bu sahədəki işləri davam etdirən
bir digər firma da Huawei-dir. 16
oktyabr tarixində təşkil oluncaq fəaliyyətlə Huawei Mate 10 modelini təqdim edəcək.

Fəaliyyət tarixi bütün sürətiylə
yaxınlaşarkən, Huawei Mate 10 haqqında yaşanan sızıntılar da davam edir. Bu gün
ortaya cihazın vizualları və videosu çıxdı.
Yayımlanan videoda cihazın
hazırlanmış 360 dərəcəlik görünüşləri iştirak edir. Bu görünüşlərin də bu günə
qədər sızdırılan sxematiklər və daha əvvəlki modellər ilə təxmini dizaynların
birləşməsindən yola çıxaraq hazırlandığını ifadə edək.
Sözü daha çox uzatmadan sizləri
Mate 10 və Mate 10 Pro olaraq iki fərqli modellə satışa təqdim ediləcək olan bu
cihazın videosuna aşağıdan baxa bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
