
Huawei Mate 20 Pro flaqman smartfonunun yeni fotoları sızdırıldı
Elm & Texnologiya
20.09.2018
Emil
Məşhur insayder Roland Quandt Huawei Mate 20 Pro flaqman modelinin iki
yeni fotosunu paylaşıb. Fotolardan da görmək olar ki, smartfon kənarları əyilmiş
və üzərində çıxıntı hissə olan genişformatlı ekran ilə təchiz olunub. Çıxıntı
hissədə isə ön kamera, ötürücülər və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər
var. Bundan əlavə olaraq smartfonun kənar hissəsində cihazı aktiv və deaktiv
etmək üçün qırmızı düymə də yerləşir. Bu özəllik çox güman ki, yalnız Pro
versiyanın fərqləndirici hissəsi olacaq.

Son məlumatlara əsasən Mate 20 Pro
modeli 6.25 inç QHD+ keyfiyyətli OLED ekranla təchiz olunacaq. Barmaq izi
skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya olunacaq. Çox güman ki,
smartfon 8 nüvəli Kirin 980 prosessoruna və 8 GB RAM-a sahib olacaq. Bununla
yanaşı smartfonun 3 arxa kameraya sahib olacağı gözlənilir. Mate 20 Pro modeli
EMUI 9 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.
Smartfonun təqdimatı 16 Oktyabr tarixində Londonda baş tutacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
